
Ziyalılar

Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir. 120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.