
BU ŞAİRLƏRİN ƏLİNDƏN HARA QAÇAQ
Saraçlı orta məktəbində Əflatun Saraçlının 50 illik yubileyini keçirirdik. Hər tərəfdən qonaqlar gəlmişdi. Şairlər, aşıqlar, el ağsaqqalları, hamı istəyirdi ki, Hüseyn Ariflə, Əflatun Saraçlıyla söhbət etsin, şəkil çəkdirsin. Gənc şairlərdən biri tez-tez onlara yaxınlaşır, hər söhbətə qarışırdı. Hüseyn Arif yaxasını ondan qurtarmaq üçun qayıtdı ki:
- Aya, ay qağa, biz istəyirik ki, kənd zəhmətkeşləriylə söhbət edək, xatirə şəkillər çəkdirək. Əşşi, bu, şairlərin əlindən hara qaçaq, bilmirəm !